Gürcüstanda son 24 saat ərzində 54 xəstə koronavirusdan dünyasını dəyişdi

11:02, 14.09.2021

Gürcüstanda son 24 saat ərzində 54 xəstə koronavirusdan dünyasını dəyişdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Dünyasını dəyişənlərin ümumi sayı 8287 -dir.

Bu gün ölkədə 3221 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 29990 xəstə sağalıb.

Dünən, 13 sentyabrda Gürcüstanda 946 yeni koronavirus halı aşkarlandı, 4351 xəstə sağaldı və 48 nəfər dünyasını dəyişdi.

Oxşar