Gürcüstanda son 24 saat ərzində 48 xəstə koronavirusdan dünyasını dəyişdi
Gürcüstanda son 24 saat ərzində 48 xəstə koronavirusdan dünyasını dəyişdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Dünyasını dəyişənlərin ümumi sayı 8223 nəfərdir.
Bu gün ölkədə 946 yeni koronavirus halı aşkarlanıb, 4351 xəstə sağalıb.
Dünən, sentyabrın 12 -də Gürcüstanda 1838 yeni koronavirus halı aşkarlandı, 5289 xəstə sağaldı və 39 nəfər öldü.