Gürcüstanda son 24 saat ərzində 38 xəstə koronavirusdan vəfat etdi
Gürcüstanda son 24 saat ərzində 38 xəstə koronavirusdan vəfat etdi

Gürcüstanda son 24 saat ərzində 38 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc edilib.

Vəfat edənlərin ümumi sayı 8,749 -dur.

Bu gün ölkədə 1698 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1910 xəstə sağalıb.

Dünən, 23 sentyabrda Gürcüstanda 1653 yeni koronavirus halı aşkarlandı, 2646 xəstə sağaldı və 47 xəstə vəfat etdi.