Gürcüstanda son 24 saat ərzində 27 xəstə koronavirusdan vəfat etdi
Gürcüstanda son 24 saat ərzində 27 xəstə koronavirusdan vəfat etdi

Gürcüstanda son 24 saat ərzində 27 xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumat hökumətin xüsusi stopcov.ge saytında dərc edilib.

Ölkədə virusdan vəfat edənlərin ümumi sayı 8,844 nəfərdir.

Son 24 saat ərzində Covid-19-dan 663 nəfər təsdiqləndi, 2383 xəstə sağaldı.