Gürcüstanda Robert Fiço-nun səfəri planlaşdırılır
Gürcüstanda Robert Fiço-nun səfəri planlaşdırılır

Slovakiyanın Baş naziri Robert Fiço-nun Gürcüstana səfəri nəzərdə tutulub. Bu barədə Slovakiyanın Xarici və Avropa İşləri naziri Juray Blanar Gürcüstanın Xarici İşlər naziri Maka Boçorişvili ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Juraj Blanar qeyd edib ki, Slovakiya və Gürcüstan arasındakı münasibətlərin möhkəmlənməsindən məmnundur:

“Bildirmək istəyirəm ki, Gürcüstan və Slovakiya arasında çox yaxşı münasibətlər mövcuddur. Heç bir problem yoxdur. Parlament sədri də yaxın gələcəkdə Gürcüstana səfər edəcək. Bundan əlavə, Baş nazirin səfəri də planlaşdırılır. Məmnunam ki, münasibətlərimiz yeni konsulluqların açılması ilə möhkəmlənir, məsələn, Kutaisidə konsulluq açılıb. Münasibətlərin yaxşılaşması birbaşa hava əlaqəsi vasitəsilə də həyata keçirilir – Bratislavadan Kutaisiyə və əksinə uçuşlar təyin olunub. Gürcüstan turizm baxımından da çox cəlbedicidir. Qeyd etmək istəyirəm ki, Slovakiya Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Sizin ölkənin birliyi və suverenliyinə dəstəyimizi bəyan edirik, hansı ölkə ərazi bütövlüyünü pozsa da”, – deyə Juray Blanar bildirib.

Material sinxron tərcüməyə əsasən hazırlanıb.