Gürcüstanda Novruz bayramı qeyd olunur. Gürcüstanda yaşayan azərbaycanlılar bayramı xüsusi təntənə ilə qeyd edirlər.
Marneulidə hazırlıqlar səhərdən başlayıb, mərkəzi yol bağlanıb, səhnə qurulub və teatrlaşdırılmış tamaşalar hazırlanır.
Həmçinin, ərazidə yerli sahibkarların məhsullarının təqdim edildiyi stendlər qurulub.
BMT Baş Assambleyası 2010-cu ildə Novruz bayramını beynəlxalq gün olaraq qəbul etdi. 2009-cu ilin sentyabrın 28-də UNESCO-nun sammitində Novruz rəsmi olaraq Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. 2010-cu ildə Novruz bayramı Gürcüstanda ümummilli bayram elan olundu.