Gürcüstanda “Mərtəbə – yeni nəslin gücü” adlı yeni siyasi hərəkatın əsası qoyulub
Gürcüstanda “Mərtəbə – yeni nəslin gücü” adlı yeni siyasi hərəkatın əsası qoyulub

 

Gürcüstanda “Mərtəbə – yeni nəslin gücü” adlı yeni siyasi hərəkatın əsası qoyulub. “12-ci mərtəbə” təşkilatının nümayəndələri, eləcə də etirazda iştirak edən gənclər siyasi hərəkatın üzvləridir.

Hərəkatın nümayəndələrindən biri Vado Macavarianinin brifinqdə bəyan etdiyi kimi, iş görmək və işə keçmək lazımdır.

“Avropalı və ən əsası milli qüvvələrin lazım olduğunu başa düşən və dərk edənləri gözləyirik. Köhnə siyasi çirkabdan, indinin şəxsi mənafelərə qurban verilməsindən yorulanları gözləyirik. Gələcəyimiz qurban gedir, ölkədən insanlar gedir. Mövcud vəziyyətdən yorulan və hərəkətə keçməyin lazım olduğunu düşünənləri, sağlıqlardan, sözlərdən həqiqi əməllərə keçməyin lazım olduğunu düşünənləri gözləyirik. Dünənki etiraz günü də bizə çox yaxşı göstərdi ki, hərəkətlə və əzmkarlıqla işlər görə bilərik, kiçik qələbələrlə böyük qələbələr qazana bilərik. İndi əsas məsələ budur. Dünən onu da gördük ki, xalqa daha az dava-dalaş, daha çox birlik lazımdır. Buna görə də biz buna bu gün təmiz əllərlə başlayırıq – burada və indi. Bizim vətənimiz Gürcüstandır. Biz heç yerə getmək niyyətində deyilik və heç nədən qorxmuruq” – Vado Macavariani bildirib.