Gürcüstanda Mənzil Fondu konsepsiyası (VİDEO)

2016-2017-ci illərin göstəricilərinə əsasən, Tbilisidə yaşayan beş min yaxın insan sığınacaq gözləyir. Bu statistikaya baxmayaraq, ölkə hələ də, evsiz insanların problemini həll edəcək  vahid mənzil siyasətini hazırlamayıb. Müvafiq strategiyanın hazırlamasına qədər isə,  paytaxt və regionlarda  munitsipalitetlər yaşayış sahəsinə malik olmayan  vətəndaşları mənzillə təmin etmək üçün  hər ay kirayə məbləği olaraq küllü miqdarda məbləğ ödəməli olur. Bu isə büdcə üçün ağır yük olur.

Hazırladılar: Mariam Seturidze, Leyla Əkbərova