Gürcüstanda bu gün matəm günüdür
Gürcüstanda bu gün matəm günüdür

Bugün Gürcüstanda matəm günüdür.

Tbilisidə, Didi Diğomidə, təbii qazın sızması nəticəsində baş verən faciəyə görə, 17 yanvar Gürcüstanın baş naziri Mamuka Baxtadze tərəfindən matəm günü kimi elan edildi.

Matəm günü ilə bağlı Gürcüstan ərazisindəki bütün inzibati binalarda və həmçinin, Gürcüstanın xaricdəki diplmatik korpuslarının binalarında bayraqlar endirilib.

Partlayış dünən axşam saatlarında Didi Diğomidə baş verdi.

Hadisə zamanı dörd nəfər həlak oldu, səkkizi isə, xəsarət aldı.

Dünən xəstəxanada müalicə görən altı uşaqdan biri hələ də xəstəxanadadır.

Patlayış zamanı evsiz qalan insanları Tbilisi meriyası müvəqqəti olaraq, mehmanxanaya yerləşdirib.

Hadisə isə bağlı istintaq aparılır.