Gürcüstanda maqnitudası 3.5 olan zəlzələ baş verib
Gürcüstanda zəlzələ baş verib.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına əsasən, zəlzələnin episentri Daba Axalqoridən 25 kilometrdə, Mucuxi kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələnin gücü 3.5 maqnituda təşkil edib.
Zəlzələ Tbilisi vaxtı ilə saat 20:40-da baş verib.