Gürcüstanda koronavirusun yeddi yeni halı qeydə alındı, 25 pasiyent sağaldı

10:32, 30.08.2020

Gürcüstanda koronavirusun yeddi yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 469  halı təsdiq olunub. Buradan 1 221 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 924 vətəndaş, stasionarda müşahində altında 209 vətəndaşdır.

 

Oxşar