Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması üçün 11 zəmanət işlənib hazırlandı
Gürcüstanda koronavirusu infeksiyasının yayılmasının dayandırılması üçün 11 zəmanət işlənib hazırlandı.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində keçirilən mətbuat konfransında bəyan etdiklərinə görə, qeyd olunan zəmanətlər özünü təcrid edən şəxlərə aiddir.
Bu zaməntlər qarşıdakılardır:
Birincisi – evdə qalın və lazım olanları, məsələn dərmanları özünüz deyil, sizə yardım edən insanlar əldə etsinlər.
İkincisi – sizinlə birlikdə yaşayan insanlarla əlaqəni məhdudlaşdırın və ayrılmış yataq otağında olun. Çalışın maksimal olaraq otaqdan tez-tez çıxmayın. Çıxdıqda isə, mütləq maskdan istifadə edin.
Üçüncüsü – özünü təcrid etmiş insana tibbi yardım lazım gəldisə o, irəlcədən provayderi ilə əlaqə saxlamalı və irəlcədən səfərini planlaşdırmalıdır.
Dördüncüsü – ümumi məkana, istərsə də ailə üzvlə ilə birlikdə çıxdıqda, maskadan istifadə edin.
Beşincisi – öskürək və asqırıq etiketi.
Altıncısı – əllərinizi tez-tez yuyun.
Yeddincisi – ümumi məişət əşyalarından baqa insanlarla birlikdə istifadə etməyin.
Səkkizincisi – sağlamlıq durumuna və simptomlara diqqət yetirin.
Doqquzuncusu – əgər təxirə salınmaz deyilsə qonaq qəbul emtəkdən imtina edin, maksimal olaraq telefonla əlaqə qurun.
Onuncu – ev heyvanlarınız varsa, çalışın onlarla az ünsiyyətdə olasınız.
Onbirincisi – istifadə etdiyiniz dəsmalları, maskaları selofan paketlərinə yerləşdirin, ağzını bağlayın və təkrar paketə yerləşdirin və tullantılar ilə birlikdə məhv edin.