Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi
Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi

Gürcüstanda koronavirusun üç yeni halı aşkar edildi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 831 halı təsdiq olunub. Səhər bu göstərici 828-i təşkil edirdi.

Həmçinin, sağalananların sayı 694-ü təşkil etdi.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 13 pasiyent həlak olub.

Karantin rejimində 3213 vətəndaş, stasionarda müşahində altında 303 vətəndaşdır.