Gürcüstanda koronavirusun səkkiz yeni halı aşkar edildi, altı pasiyent sağaldı
Gürcüstanda koronavirusun səkkiz yeni halı aşkar edildi, altı pasiyent sağaldı

Gürcüstanda koronavirusun səkkiz yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 455  halı təsdiq olunub. Buradan 1 196 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 19 pasiyent vəfat edib.

Karantin rejimində 5 943 vətəndaş, stasionarda müşahində altında 252 vətəndaşdır.