Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, iki pasiyent isə, sağaldı
Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı, iki pasiyent isə, sağaldı

Gürcüstanda koronavirusun iki yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 953 halı təsdiq olunub. Buradan 830 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 15 pasiyent həlak olub.

Karantin rejimində 3 828 vətəndaş, stasionarda müşahində altında 192 vətəndaşdır.