Gürcüstanda koronavirusun hind ştammı ilə yoluxma halları aşkar edildi
Gürcüstanda koronavirusun hind ştammı ilə yoluxma halları aşkar edildi

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına görə, ölkədə SARS-CoV-2-nin hind ştammı ilə yoluxma halları aşkar edildi.

Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunduğu kimi, hind ştammı beş səyahətçidə müəyyən edildi.

“Bildiyiniz kimi, səlahiyyəti çərçivəsində, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi ölkədə sirkulasiya edən SARS-CoV-2 ştammının yayılması monitorinqini həyata keçirir. Epid-nəzarət çərçivəsində, ölkəyə daxil olan beş səyahətçidən götürülən nümunənin PCR yoxlama ilə müəyyən olundu ki, qeyd olunan şəxslər SARS-CoV-2-nin hin ştammı ilə yoluxublar.

Yoluxanların hamısı müəyyənləşdirilib və izolasiya edilibdir. Onlar Gürcüstana müxtəlif tarixlərdə, eyni ölkədən daxil oldular, lakin müxtəlif ölkə vətəndaşlarıdılar. Onlardan üçün artıq Gürcüstanı tərk etdi.

Epid-araşdırma göstəricilərilə, onların kliniki vəziyyəti qənaətbəxşdir”, – məlumatda qeyd olunub.