Gürcüstanda koronavirusun dörd yeni halı aşkar edildi və daha altı pasiyent sağaldı
Gürcüstanda koronavirusun dörd yeni halı aşkar edildi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 805 halı təsdiq olunub.
Həmçinin, daha altı pasiyent sağaldı və sağalananların sayı 650-ni təşkil etdi.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib.
Gürcüstanda koronavirus ilə 13 pasiyent həlak olub.
Karantin rejimində 2424 vətəndaş, stasionarda müşahində altında 304 vətəndaşdır.