Gürcüstanda koronavirusun artıq doqquz halı təsdiq olundu. Bu barədə məlumat Gürcüstan hökuməti tərəfindən yaradılan xüsusi vebsəhifədə yerləşdirilib.
Elə həmin səhifənin göstəricilərinə görə, karantin rejimində 262 insandır, stasionarda müşahidə altında isə, 45 insan.
Göstəricilər xüsusi vebsəhifədə az öncə yeniləşdirildi. Buna qədər koronavirusun dörd halı təsdiq olunmuş idi.