Gürcüstanda koronavirusun doqquz yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 995 halı təsdiq olunub. Buradan 857 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 31 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirus ilə 15 pasiyent həlak olub.
Karantin rejimində 5 001 vətəndaş, stasionarda müşahində altında 219 vətəndaşdır.