Gürcüstanda koronavirusun daha bir halı təsdiq olundu
Gürcüstanda koronavirusun daha bir halı təsdiq olundu

Gürcüstanda koronavirusun daha bir halı təsdiq olundu. Bu barədə Acara Səhiyyə naziri, Zaal Mikeladze bəyan etdi.

Nazirin bəyan etdiyinə görə, virusa yoluxanın xaricə səyahət tarixi var. Lakin sərhədə daxil olduqdan sonra onun hər bir addımı və əlaqəsi nəzarət altında idi.

Elə onun məlumatına görə, hazırda Batumi İnfeksiya Xəstəxanasında iki yoluxmuş pasient var.

Hökumət tərəfindən xüsusi olaraq yaradılmış vebsəhifənin göstəricilərinə əsasən, ölkədə virusa 44 insan yoluxub.