Gürcüstanda koronavirusun 952 yeni halı qeydə alındı, 999 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 952 yeni halı qeydə alındı, 999 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 952 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 377 152 halı təsdiq olunub. Buradan 359 226 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 999 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 452-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 4.69 faiz, son yeddi günün 4.18 faiz, son 14 günün isə, 3.79 faizdir.

Cəmi peyvənd edildi 302 388 insan, bir gündə 6 096 insan.

Karantin rejimində 98 vətəndaş, stasionarda müşahində altında 3 472 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 907 insan qalmaqdadır.