Gürcüstanda koronavirusun 946 yeni halı qeydə alındı, 4 351 pasiyent sağaldı
Gürcüstanda 946 yeni koronavirus halı aşkarlanıb. Məlumat Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında dərc edilib.
Son 24 saat ərzində ölkədə 4351 nəfər sağalıb.
Son sutka ərzində 48 xəstə koronavirusdan dünyasını dəyişdi.
Ölkədə koronavirus aşkarlama nisbətləri: son 14 gündə 7.81%, son yeddi gündə 7.36%.
Gürcüstanda ümumilikdə 581.815 koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, onlardan 545.961 nəfər sağalıb, 8233 nəfər vəfat edib.
Dünən, sentyabrın 12 -də Gürcüstanda 1838 koronavirus halı aşkarlandı, 5189 xəstə sağaldı və 39 nəfər dünyasını dəyişdi.