Gürcüstanda koronavirusun 9 696 yeni halı qeydə alındı, 5 408 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 9 696 yeni halı qeydə alındı, 5 408 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 9 696 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 051 445 halı təsdiq olunub. Buradan  962 035 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 5 408 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 28 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 701-ə çatdı.

Cəmi peyvənd edildi 2 656 703 insan, bir gündə 4 685 insan. Karantin rejimində 39 vətəndaş, stasionarda müşahində altında 4 557 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 981 insan qalmaqdadır.

Bununla yanaşı, 22 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 11 039 halı qeydə alındı, 5 199 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.