Gürcüstanda koronavirusun 9 400 yeni halı qeydə alındı, 18 770 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 9 400 yeni halı qeydə alındı, 18 770 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 9 400 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 548 893 halı təsdiq olunub. Buradan 1 388 534 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 18 770 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 15 856-a çatdı.

Cəmi peyvənd edildi 2 796 876 insan, bir gündə 1 524 insan. Karantin rejimində 12 vətəndaş, stasionarda müşahində altında 5 633 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 932 insan qalmaqdadır.

Bununla yanaşı, 19 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 13 288 halı qeydə alındı, 21 183 pasiyent müalicə olunaraq sağaldı, 51 pasiyent vəfat etdi.