Gürcüstanda koronavirusun 829 yeni halı qeydə alındı, 566 pasiyent sağaldı

11:17, 09.02.2021

Gürcüstanda koronavirusun 829 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 263 057 halı təsdiq olunub. Buradan 254 916 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 566 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha səkkiz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 306-a çatdı.

Karantin rejimində 430 vətəndaş, stasionarda müşahində altında 2 149 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 301  insan qalmaqdadır.

Səkkiz fevral göstəriciləri ilə, Gürcüstanda koronavirusun 204 yeni halı aşkar edildi, 736 insan müalicə olunaraq sağaldı.

Oxşar