Gürcüstanda koronavirusun 824 yeni halı qeydə alındı, 4 227 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 824 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 209 462 halı təsdiq olunub. Buradan 184 668 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 4 227 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 46 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 140-a çatdı.
Karantin rejimində 489 vətəndaş, stasionarda müşahində altında 6 627 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 824 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.