Gürcüstanda koronavirusun 773 yeni halı qeydə alındı, 575 pasiyent sağaldı

11:09, 23.06.2021

Gürcüstanda koronavirusun 773 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 360 828 halı təsdiq olunub. Buradan 346 792 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 575 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 11 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 211-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.04 faiz, son yeddi günün 2.49 faiz, son 14 günün isə, 2.42 faizdir.

Cəmi peyvənd edildi 242 45 insan, bir gündə 3 957 insan.

Karantin rejimində 33 vətəndaş, stasionarda müşahində altında 2 633 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 583 insan qalmaqdadır.

Oxşar