Gürcüstanda koronavirusun 754 yeni halı qeydə alındı, 438 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 754 yeni halı qeydə alındı, 438 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 754 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 362 937 halı təsdiq olunub. Buradan 348 705 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 438 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 18 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 255-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.1 faiz, son yeddi günün 2.33 faiz, son 14 günün isə, 2.47 faizdir.

Cəmi peyvənd edildi 251 529 insan, bir gündə 2 984 insan.

Karantin rejimində 35 vətəndaş, stasionarda müşahində altında 2 592 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 585 insan qalmaqdadır.