Gürcüstanda koronavirusun 741 yeni halı qeydə alındı, 945 pasiyent sağaldı

11:08, 17.06.2021

Gürcüstanda koronavirusun 741 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 356 920 halı təsdiq olunub. Buradan 342 720 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 945 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 18 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 114-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.36 faiz, son yeddi günün 2.4 faiz, son 14 günün isə, 2.49 faizdir.

Cəmi peyvənd edildi 221 156 insan, bir gündə 4 302 insan.

Karantin rejimində 42 vətəndaş, stasionarda müşahində altında 2 926 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 602 insan qalmaqdadır.

Oxşar