Gürcüstanda koronavirusun 723 yeni halı qeydə alındı, 1 407 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 723 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 343 603 halı təsdiq olunub. Buradan 326 423 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 407 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 20 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 757-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.86 faiz, son yeddi günün 2.85 faiz, son 14 günün isə, 3.46 faizdir.
Cəmi peyvənd edildi 138 151 insan, bir gündə 4 484 insan.
Karantin rejimində 47 vətəndaş, stasionarda müşahində altında 3 815 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 661 insan qalmaqdadır.