Gürcüstanda koronavirusun 699 yeni halı qeydə alındı, 614 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 699 yeni halı qeydə alındı, 614 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 699 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 362 183 halı təsdiq olunub. Buradan 348 267 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 614 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 237-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.05 faiz, son yeddi günün 2.4 faiz, son 14 günün isə, 2.45 faizdir.

Cəmi peyvənd edildi 248 545 insan, bir gündə 3 201 insan.

Karantin rejimində 35 vətəndaş, stasionarda müşahində altında 2 592 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 585 insan qalmaqdadır.