Gürcüstanda koronavirusun 656 yeni halı qeydə alındı, 861 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 656 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 361 484 halı təsdiq olunub. Buradan 347 653 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 861 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 17 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 228-ə çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.15 faiz, son yeddi günün 2.45 faiz, son 14 günün isə, 2.43 faizdir.
Cəmi peyvənd edildi 245 380 insan, bir gündə 2 792 insan.
Karantin rejimində 33 vətəndaş, stasionarda müşahində altında 2 612 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 579 insan qalmaqdadır.