Gürcüstanda koronavirusun 6 351 yeni halı qeydə alındı, 3 043 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 6 351 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 021 943 halı təsdiq olunub. Buradan 946 255 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 043 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 27 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 14 582-ə çatdı.
Cəmi peyvənd edildi 2 635 602 insan, bir gündə 2 656 insan. Karantin rejimində 46 vətəndaş, stasionarda müşahində altında 4 443 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 1 746 insan qalmaqdadır.
Bununla yanaşı, 19 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 8 728 halı qeydə alındı, 8 545 pasiyent müalicə olunaraq sağaldı, 43 pasiyent vəfat etdi.