Gürcüstanda koronavirusun 6 208 yeni halı qeydə alındı, 3 539 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 6 208 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 490 462 halı təsdiq olunub. Buradan 429 190 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 539 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 47 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 483-ə çatdı.
Cəmi peyvənd edildi 831 815 insan, bir gündə 25 083 insan. Karantin rejimində 79 vətəndaş, stasionarda müşahində altında 6 965 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 491 insan qalmaqdadır.
Bununla yanaşı, 16 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 676 halı qeydə alındı, 4 119 pasiyent müalicə olunaraq sağaldı, 30 pasiyent vəfat etdi.