Gürcüstanda koronavirusun 594 yeni halı qeydə alındı, 1 963 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 594 yeni halı qeydə alındı, 1 963 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 594 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 229 763 halı təsdiq olunub. Buradan 222 405 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 963 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 25 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 2 628-ə çatdı.

Karantin rejimində 386 vətəndaş, stasionarda müşahində altında 4 209 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 840 insan qalmaqdadır.