Gürcüstanda koronavirusun 585 yeni halı qeydə alındı, 953 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 585 yeni halı qeydə alındı, 953 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 585 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 363 522halı təsdiq olunub. Buradan 349 658 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 953 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 11 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 266-a çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.65 faiz, son yeddi günün 2.33 faiz, son 14 günün isə, 2.49 faizdir.

Cəmi peyvənd edildi 253 988 insan, bir gündə 2 267 insan.

Karantin rejimində 40 vətəndaş, stasionarda müşahində altında 2 576 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 598 insan qalmaqdadır.