Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı, 375 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 578 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 8 696 halı təsdiq olunub. Buradan 4 619 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirusdan daha iki pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 52-ə çatdı.
Karantin rejimində 5 392 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 100 insan qalmaqdadır.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 554 yeni halı aşkar edildi, iki insan vəfat etdi.