Gürcüstanda koronavirusun 569 yeni halı qeydə alındı, 329 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 569 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 12 841 halı təsdiq olunub. Buradan 6 867 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha doqquz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 102-ə çatdı.
Karantin rejimində 5 590 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 393 insan qalmaqdadır.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 478 yeni halı aşkar edildi.