Gürcüstanda koronavirusun 537 yeni halı qeydə alındı, 128 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 537 yeni halı qeydə alındı, 128 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 537 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 275 685 halı təsdiq olunub. Buradan 268 693 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 128 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha səkkiz pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 658-ə çatdı.

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 1.81 faiz, son yeddi günün 1.45 faiz, son 14 günün isə, 1.52 faizdir.

Karantin rejimində 206 vətəndaş, stasionarda müşahində altında 1 376 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 133 insan qalmaqdadır.