Gürcüstanda koronavirusun 528 yeni halı qeydə alındı, 299 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 528 yeni halı qeydə alındı, 299 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 528 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 278 178 halı təsdiq olunub. Buradan 270 668 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 299 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha dörd pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 714-ə çatdı.

Karantin rejimində 203 vətəndaş, stasionarda müşahində altında 1 467 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 179 insan qalmaqdadır.