Gürcüstanda koronavirusun 521 yeni halı qeydə alındı, 911 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 521 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 358 881 halı təsdiq olunub. Buradan 344 748 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 911 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 11 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 5 160-a çatdı.
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.78 faiz, son yeddi günün 2.66 faiz, son 14 günün isə, 2.46 faizdir.
Cəmi peyvənd edildi 233 488 insan, bir gündə 3 583 insan.
Karantin rejimində 44 vətəndaş, stasionarda müşahində altında 2 762 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 589 insan qalmaqdadır.