Gürcüstanda koronavirusun 509 yeni halı qeydə alındı, 1 200 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 509 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 312 954 halı təsdiq olunub. Buradan 294 252 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 200 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 12 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 4 163-ə çatdı.
Karantin rejimində 89 vətəndaş, stasionarda müşahində altında 4 114 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 790 insan qalmaqdadır.
İki may göstəricilərilə, Gürcüstanda koronavirusun 988 yeni halı aşkar edildi, 1 595 pasiyent müalicə olunaraq sağaldı.