Gürcüstanda koronavirusun 5 359 yeni halı qeydə alındı, 2 726 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 5 359 yeni halı qeydə alındı, 2 726 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 5 359 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 471 685 halı təsdiq olunub. Buradan 415 146 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 726 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 42 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 321-ə çatdı.

Cəmi peyvənd edildi 741 353 insan, bir gündə 25 432 insan. Karantin rejimində 58 vətəndaş, stasionarda müşahində altında 6 635 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 409 insan qalmaqdadır.

Bununla yanaşı, 12 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 128 halı qeydə alındı, 3 310 pasiyent müalicə olunaraq sağaldı, 48 pasiyent vəfat etdi.