Gürcüstanda koronavirusun 5 352 yeni halı qeydə alındı, 2 635 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 5 352 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 461 198 halı təsdiq olunub. Buradan 409 110 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 2 635 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 48 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 230-a çatdı.
Cəmi peyvənd edildi 688 940 insan, bir gündə 23 935 insan. Karantin rejimində 53 vətəndaş, stasionarda müşahində altında 6 578 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 238 insan qalmaqdadır.
Bununla yanaşı, 10 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 697 halı qeydə alındı, 2 713 pasiyent müalicə olunaraq sağaldı, 54 pasiyent vəfat etdi.