Gürcüstanda koronavirusun 5 128 yeni halı qeydə alındı, 3 310 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 5 128 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 466 326 halı təsdiq olunub. Buradan 412 420 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 3 310 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 49 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 6 279-a çatdı.
Cəmi peyvənd edildi 715 919 insan, bir gündə 25 933 insan. Karantin rejimində 64 vətəndaş, stasionarda müşahində altında 6 627 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 3 288 insan qalmaqdadır.
Bununla yanaşı, 11 avqust durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 5 352 halı qeydə alındı, 2 635 pasiyent müalicə olunaraq sağaldı, 48 pasiyent vəfat etdi.