Gürcüstanda koronavirusun 5 076 yeni halı qeydə alındı, 1 126 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 5 076 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 657 753 halı təsdiq olunub. Buradan 609 987 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 1 126 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 44 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 9 440-a çatdı.
Cəmi peyvənd edildi 1 906 882 insan, bir gündə 6 673 insan. Karantin rejimində 59 vətəndaş, stasionarda müşahində altında 5 176 vətəndaşdır. Bununla yanaşı, kovid-mehmanxanalarda 922 insan qalmaqdadır.
Bununla yanaşı, 15 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 270 halı qeydə alındı, 1 298 pasiyent müalicə olunaraq sağaldı, 26 pasiyent vəfat etdi.