Gürcüstanda koronavirusun 493 yeni halı qeydə alındı, 552 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 493 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 268 995 halı təsdiq olunub. Buradan 262 796 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 552 pasiyent sağaldı.
Gürcüstanda koronavirusdan daha 10 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 457-ə çatdı.
Karantin rejimində 285 vətəndaş, stasionarda müşahində altında 1 606 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 192 insan qalmaqdadır.