Gürcüstanda koronavirusun 479 yeni halı qeydə alındı, 491 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 479 yeni halı qeydə alındı, 491 pasiyent sağaldı

Gürcüstanda koronavirusun 479 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb-səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 258 111 halı təsdiq olunub. Buradan 249 028 insan müalicə olunaraq sağalıb. O cümlədən bu gün 491 pasiyent sağaldı.

Gürcüstanda koronavirusdan daha 19 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 3 178-ə çatdı.

Karantin rejimində 545 vətəndaş, stasionarda müşahində altında 2 677 vətəndaşdır.

Bununla yanaşı, kovid-mehmanxanalarda 304 insan qalmaqdadır.

30 yanvar göstəricilərilə, Gürcüstanda koronavirusun 676 yeni halı aşkar edildi, 1 441 insan müalicə olunaraq sağaldı.