Gürcüstanda koronavirusun 478 yeni halı qeydə alındı, 211 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 478 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 12 272 halı təsdiq olunub. Buradan 6 538 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirusdan daha altı pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 91-ə çatdı.
Karantin rejimində 5 590 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 1 393 insan qalmaqdadır.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 523 yeni halı aşkar edildi, altı pasieyent vəfat etdi.