Gürcüstanda koronavirusun 45 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 729 halı təsdiq olunub. Buradan 1 321 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Gürcüstanda koronavirusdan 19 pasiyent vəfat edib.
Karantin rejimində 5 882 vətəndaş, stasionarda müşahində altında 390 vətəndaşdır.